Beyləqan məktəbində polis tərəfindən saxlanılan var, biyabırçılıq. Uşaq Birliyin sədri-“məktəb fahişəxanadır”

Beyləqan məktəbində polis tərəfindən  saxlanılan var,  biyabırçılıq. Uşaq Birliyin sədri-“məktəb fahişəxanadır”

Redaksiyamıza daxil olan məlumata əsasən, bu gün şikayət əsasında Beyləqan Rayon Polis Şöbəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində təhsil məktəbdə az qala məktəb direktoruna basqı edərək, hədə-qorxu gələrək mübahisə yaradan bir nəfər kişi saxlanılmışdır. Demək olar ki, məsələyə Beyləqan polisinin operativ yanaşması nəticəsində xoşagəlməz və bədbəxt hadisənin qarşısı alınmışdır.
Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən bir ədəd qatlanan cib bıcaq aşkar edilərək götürülmüşdür. Eyni zamanda həmin şəxs Rayon Mərkəzi Xəstəxanasında həkim müayinəsindən keçirilən zaman sərxoş olduğu müəyyən edilmişdir.
Hadisə şahidlərinin dediyə əsasən saxlanılan sərxoş kişi, Beyləqan rayon, Aqil Budaqov adına Qaradağlı kənd məktəbin Uşaq Birliyin sədri vəzifəsində çalışan qadının, daha doğrusu desək Süleymanova Rühəngiz Varaşil qızının əridir.
Kənd sakinləri qeyd ediblər ki, sərxoş şəkildə məktəbə gələrək mübahisə etməyə çalışmış və məktəb direktoruna qarşı hədə gələn bu şəxsin məqsədi olub.
Hadisə şahidlərinin dediyinə əsasən həmin məktəbin Usaq Birliyin sədri vəzifəsində çalışan Süleymanova Rühəngiz Varaşil qızını bir neçə gün əvvəl məktəbdə dava salmış və həmin məktəbi fahişəxana adlandırmışdır. Məsələ ilə bağlı kənd sakinlərinin narazıçılığı böyüməkdədir.
Artıq Beyləqan Rayon Təhsil Şöbəsinin məlumatı da vardır. Ümidvarıq ki, təhsil ocağında baş vermiş bu xoşagəlməz və biyabırçı hadisəyə AR Təhsil Nazirliyi də səlahiyyətləri çərçivəsində araşdırma aparacaq və uşaq birliyin sədri vəzifəsində çalışan Süleymanova Rühəngiz Varaşil qızı barəsində ədalətli qərar qəbul edəcəkdir. Faktla bağlı Beyləqan rayon Polis Şöbəsində araşdırma aparılır.
Araşdırmanın nəticəsinə uyğun olaraq əlavə məlumat veriləcəkdir.
Tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.




Fikirlər