Beyləqanda kütləvi insan təlafatına yol açan qurumlar-FOTO

Beyləqanda kütləvi insan təlafatına yol açan qurumlar-FOTO
Redaksiyamıza daxil olan məlumata əsasən, Beyləqan şəhər sakini vətəndaş V.Qasımov Prezidentə və Azərbaycanın Birinci-Vitse-Prezidenti xanım Mehriban Əliyevaya, eyni zamanda aidiyyatı qurumlara müraciət etdib. Müraciətə əsasən Beyləqan rayonunda qanunsuz olaraq qrunt suların axıdılması üçün drenaj kollektor qanunsuz torpaqlanıb satılır. Müraciətdə qeyd olunur ki, Beyləqan rayonunda, hörmətli Akademik Zərifə xanım Əliyevanın adını daşıyan kücəsi ilə Akif Əkbərov adına olan küçənin kəsisməsində baş verən, antisanitariya və məmur ozbasinaligindan Beyləqan rayon sakini Vüqar Qasimov Prezidentə və ölkənin Birinci Vitse-prezidentinə açıq muraciət edib. V.Qasimov qeyd edibki, Beyləqan rayonunda baş verən məmur özbaşınalığı nəticəsində insan həyat və sağlamlığı üçün potensial təhlükə yaranıb. Adı çəkilən aidiyyatı nazirlik və qurumların məhz səhlənkarlığı, şəxsi maraqları və yarıtmaz fəaliyyəti nəticəsində bu qanunsuz hallar baş veribdir. Beyləqanda qanunsuz olaraq qrunt suların axıdılması üçün nəzərdə tutulmuş drenaj kollektor torpaqla doldurulub və başqa-başqa şəxslərə satılmış, eyni zamanda drenaj kollektorun digər hissəsində isə antisanitariya hökm sürur. Maraqlıdır ki, dövlət büdcəsindən bu istiqamətdə ayrılan vəsait niyə təyinatı üzrə xəclənmir? Əgər düzgün istiqamətdə vəsait istifadə olunsa idi belə bir dözülməz acınacaqlı vəziyyət yaranmazdir. Aidiyyatı nazirliklər və qurumlar isə nədənsə susmağı hələ də qanunlardan üstün tuturlar və səlahiyyətləri daxilində heç bir tədbir gormurlər. Onuda qeyd edək ki, əldə olunan məlumatlara əsasən həmin ərazinin bəzi hissələri qanunsuz olaraq böyük var-dövlətə sahibi “Beyləqan Bazar” ASC-nin rəhbəri Əhmədov Xəqani Xasay oğlu tərəfindən zəbt edilərək aidiyyatı qurumların rəyin almadan özbaşına tikinti aparıb və torpaqlanan həmin drenaj kollektorun bəzi hissəsi məhz həmin şəxs əldə etmişdir. “Beyləqan Bazar” ASC-nin sədri milyonçu sahibkar Xəqani Əhmədov tərəfindən torpaqların qanunsuz zəbt edilməsi və həmin torpaqlar üzərində özbaşına tikintilər aparılması bağlı rayon sakini V.Qasımov həmin sahibkara qarşı həttda məhkəmədə iddia qaldırıbdır. Həmin sahibkarın qeyd olunan qanun pozuntulara yol verməsini təsdiq edən kifayyət qədər sübutlar vardır. Lakin Beyləqan Bazarın sahibi var dövlət içində olan X.Əhmədov bununla kifayyətlənməmişdir. Vəziyyət o yerə çatıb ki, özbaşınalıq edən bu sahibkar qonşuluqda yerləşən digər dinc sahibkarlara, daha dəqiq desək Vahid Abdullayevə və Asəf Abdullayevə şər böhtan xarakterli, cəfəngiyyatla dolu, ağlasığılmaz məlumatlar yaymaqla da məşğuldur. Amma dayaz düşüncə bəzən ən varlı insanlarıda fəlakətə apara bilər. Təsəvvür edin, X.Əhmədov o qədər həmin sahibkarlardan haqqsız yerə yazılar zardırdı ki, axırda bu yazılar özünə bəla oldu. Belə yerdə Ataların gözəl sözləri yada salsaq lap yerinə düşərdi. Necə deyərlər,
“Özgəyə quyu qazan,özü düşər” . Nədənsə Azərbaycan Respublikasının Melarasiya və Su Təsərrüfatı ASC-nin, AR ƏMDK-nin və eləcə də AR Ekologiya və Təbii Sərvətlər Nazirliyin rəhbərlikləri Beyləqan rayonunda baş verən bu qanunsuzluqlara və özbaşınalıqlara göz yumur.
Məhz bu aidiyyatı qurumların və nazirliklərin qanuna zidd hərəkətsizliyi nəticəsində ətrafda yerləşən çoxmənzilli əlillər binasının, 7 saylı tam orta məktəbin, Beyləqan RPŞ-nin inzibati binasinin, Beyləqan Olimpiya İdman Kompleksinin və eləcə də insanların yaşadığı digər fərdi yaşayış evlərinin bünövrəsi gələcəkdə eroziyaya məruz qalmasi ilə çökmə və sürüşmə baş verməsi, kütləvi insan tələfatı ilə nəticələnən hadisələrə əlverişli şərait yaradır.
Ümid edirik ki, tez bir zamanda qeyd olunan məsələ ilə bağlı adiyyatı qurumlar səlahiyyətləri daxilində qanunla tədbir görəcək və qeyd olunanlarla bağlı köklü araşdırma aparılacaqdır.
V.Qasımov Əlaqə tel. (070)233-00-09.
Ardı var.

Beyləqanda kütləvi insan təlafatına yol açan qurumlar-FOTO
Beyləqanda kütləvi insan təlafatına yol açan qurumlar-FOTO
Beyləqanda kütləvi insan təlafatına yol açan qurumlar-FOTO
Beyləqanda kütləvi insan təlafatına yol açan qurumlar-FOTO




Fikirlər