Bakıda tap.az ÖZBAŞINALIĞI... - Vətəndaşa belə narahatçılıq yaradılır...

Bakıda tap.az ÖZBAŞINALIĞI... - Vətəndaşa belə narahatçılıq yaradılır...

Azərbaycanın populyar saytlarından biri kimi tanınan "Tap.az" elanlar saytı artıq vətəndaşlara narahatçılıq yaratmağa başlayıb. Hər halda, aydın olanı budur. Belə ki, DİA.AZ-a şikayət edən narazı vətəndaşın (adının çəkilməsini istəmir -red.) bildirdiyinə görə, neçə gündür ona məxsus olan şəxsi telefon nömrəsi "tap.az" elanlar saytında guya ki, hansısa telefon modelinin satıcısı kimi göstərilib.

Vətəndaş dia.az-a bildirir: "Səhər saatlarından günüm yoxdur. Onlarla şəxs narahat edib. "Vızov" atan da var. Məndən telefonun qiymətini istəyirlər. Hər dəfəsində izahat verirəm ki, nömrəmi kimsə səhvən qoyub".

Nəhayətdə bezdiyini deyən vətəndaş bildirir ki, "tap.az" saytı ilə əlaqə saxlayıb: "Oradan özünü Ayla kimi təqdim edən xanıma nə qədər izah etməyə çalışdım ki, sizin sayt kiminsə telefon nömrəsini yerləşdirərkən bunu yoxlamalıdır. Həmin xanımsa onsuz da tarıma çəkilən əsəblərimi daha da gərginləşdirdi".

Vətəndaş bildirir ki, "tap.az" saytından məhkəməyə müraciət edəcək.




Fikirlər