Tramp Fransaya gedir - SƏBƏB?

Tramp Fransaya gedir - SƏBƏB?

ABŞ prezidenti Donald Tramp iyunun 6-da Fransaya səfər edəcək. Trend-in məlumatına görə, bu səfərdə onu xanımı Melaniya Tramp müşayiət edəcək.

Bildirilir ki, onlar Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Normandiyaya müttəfiq qoşunlarının yeridilməsinin 75 illiyi münasibətilə tədbirlərdə iştirak etmək üçün bu ölkəyə yola düşəcəklər.

Qeyd edək ki, Ağ Ev ABŞ prezidenti və birinci xanımın iyunun 3-5-də Böyük Britaniyaya rəsmi səfəri barədə də məlumat yayıb.




Fikirlər