Ermənistan ordusunda özbaşınalıq: - 6 hərbçi barəsinə cinayət işi başlayıb

Ermənistan ordusunda özbaşınalıq: - 6 hərbçi barəsinə cinayət işi başlayıb

Ermənistanın cənubunda yerləşən hərbi hissələrdən birinin 5 hərbçisinə və hərbi hissə komandirinə qarşı iğtişaş salmaq faktı üzrə cinayət işi başlanıb.

“Report” “newsarmenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti bildirib.

Bildirilib ki, cari il martın 17-də müqavilə əsasında xidmətdə olan bir qrup hərbçi Ermənistan Müdafiə Nazirliyinin hərbi xidmət öhdəliyini yerinə yetirməkdən imtina ediblər. Onlar hərbi hissəni özbaşına tərk edərək 2 saatdan sonra xidmət etdikləri yerə qayıdıblar.

Hərbi hissə komandiri onlara himayədarlıq etməkdə şübhəli bilinir. Nizamnaməyə əməl etməkdən boyun qaçıran bu şəxslər hərçilər arasında cinayətkar aləmin “avtoriteti” kimi aparırmış.

Onların davranışı ilə bağlı 3 cinayət işi başlanılıb. İstintaq davam edir.




Fikirlər