Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşib

Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşib

Çempionlar Liqasında həftənin futbolçusu müəyyənləşib.

ONA-nın məlumatına görə, İngiltərənin “Liverpul” klubunun oyunçusu Roberto Firmino 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşısı seçilib.

O, Portuqaliya təmsilçisi “Porto” üzərində 2:0 hesablı ev qələbəsində qol və məhsuldar ötürmə ilə fərqlənib. R.Firmino UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə qalib adına yiyələnib.




Fikirlər