Yeni telekanalla bağlı müsabiqəyə sənəd qəbulu başa çatıb

Yeni telekanalla bağlı müsabiqəyə sənəd qəbulu başa çatıb

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

MTRŞ-nın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadovun ONA-ya verdiyi məlumata görə, “Real Təhlil İnformasiya Mərkəzi” MMC, “TV-Media Azerbaijan” MMC və “RTV” MMC müsabiqə üçün sənədlərini təqdim edib.

Şöbə müdiri qeyd edib ki, müsabiqənin nəticələrinə teleradio yayımı sahəsində qanunvericiliyin tələbinə əsasən Şura iclasında baxılacaq.
Xatırladaq ki, MTRŞ ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqə elan edib.




Fikirlər