Bakıda 18 yaşlı gəlin yoxa çıxdı

Bakıda 18 yaşlı gəlin yoxa çıxdı

Bakının Sabunçu rayonu ərazisində yenicə ailə qurmuş gəlin yoxa çıxıb.

Bu barədə musavat.com-a itən gəlinin yaxınları məlumat verib.

18 yaşlı İsmayılova Sevda Cəbi qızı martın 8-də axşam saatlarından etibarən itib. Ailəsinin bildirdiyinə görə, 18 yaşlı gəlinin gecə saat 4 radələrində yoxa çıxdığını biliblər.

Hadisə barədə polisə məlumat verilib. Hazırda DİN-in əməkdaşları əməliyyat axtarış tədbirlərini davam etdirir.




Fikirlər