Bibisini qaçırıb ata evinə qaytaran şəxsi 20 il sonra bıçaqladı — Şabranda namus cinayəti

Bibisini qaçırıb ata evinə qaytaran şəxsi 20 il sonra bıçaqladı — Şabranda namus cinayəti

Bibisini qaçıran şəxsi öldürməkdə təqsirləndirilən Ağayəhya Abbasovun cinayət işinin ibtidai istintaqı başa çatıb.
"Ölkə.Az" xəbər verir ki,təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.
Qeyd edək ki, qətl ötən il iyulun 9-da Şabranda baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Abbasov Ağayəhya Güloğlan oğlu həmyerlisi, 1970-ci il təvəllüdlü Əhmədov Rəşid Sabir oğluna ürək nahiyəsindən 2 dəfə bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Qətl hadisəsinin baş vermə səbəbi şəxsi münaqişə olub. Belə ki, Əhmədov, təxminən 20 il əvvəl Ağayəhyanın bibisini qaçırıb və bir müddət birlikdə yaşadıqdan sonra onu "ata evi"nə qaytarıb. Sonradan Ağayəhyanın bibisi Cəlilabad rayonuna gəlin köçüb. Müəyyən zamandan sonra bibisinin bu ailə həyatı da uğursuz alınıb. Bundan sonra Ağayəhya Rəşidi 20 il əvvəlki hərəkətinə görə cəzalandırmaq qərarına gəlib və onu qapısına çağıraraq bıçaqlayıb.




Fikirlər