Dünyada yalnız iki nəfərin bildiyi - 7 SİRR - VİDEO

Dünyada yalnız iki nəfərin bildiyi - 7 SİRR - VİDEO


Dünyanı idarə edən böyük liderlər, iş adamları və alimlər bizdən bir çox şeyi gizlədirlər.

Youtube şəbəkəsinə yerləşdirilmiş bir videoda dünyada yalnız iki nəfərin bildiyi sirlərdən bəhs olunur.

Sözügedən sirləri təqdim edirik:

1. Listerin ağız qarqarası ən çox tanınan qarqara formuludur. 1880-ci ildə Cozef Lorensin tapdığı həmin formul “Unilever” şirkətinə satılıb. Maraqlısı budur ki, həkim Lorens bu formulu evdəki bir neçə təmizləyici vasitədən hazırlayıb. Hazırda həmin formulu yalnız “Unilever” şirkətinin sahibi və Lorens ailəsinin varisi bilir.

2. Avstraliyanın bu vaxta qədər gizlətdiyi sirr salfet qatlamaqdır. Liderlərin iştirak etdiyi tədbir və mərasimlərdə həmin qatlama formasından hələ də istifadə olunur. Bu sirri hazırda mətbəxdə çalışan iki nəfər bilir.

3. “Oskar” dünyada ən tanınan və ən əhəmiyyətli film mükafatlarından biridir. Hansı nominasiyada kimin mükafat qazandığını təqdimat mərasiminə qədər yalnız iki nəfər bilir.

4. Cənubi Afrikada qədimdən bu günə qədər qalmış Ayapaneko dilini yaşlı nəslin iki nümayəndəsi bilir və onlar bu dilin sirrini heç kimə vermirlər.

5. Sehrbaz Devid Berqlas tərəfindən hazırlanan kart hiyləsini ondan başqa sadəcə köməkçisi bilir.

6. Kentaki Frayd Çikın (KFC) dünyanın ən məşhur fəsfud şəbəkəsinin sahibidir. Onun bu uğurunun sirri toyuqlardakı ədviyyatın dadıdır. Həmin ədviyyatın sirrini dünyada bilən iki nəfər markanın idarə heyətindəki şəxslərdir.

7. “Koka-kola” dünyadakı ən məşhur kola növüdür. Deyilənə görə, onun formulunu yalnız iki nəfər bilir. Lakin həmin iki nəfər də formulu tam olaraq bilmir. Hər biri formulun bir qismini bilir və onlar tam formulu biri digəri olmadan hazırlamaq imkanına malik deyil. Şirkətin qaydalarına görə, bu sirri bilən iki nəfərin eyni təyyarədə səyahətə çıxması qadağandır. (Axar.az)




Fikirlər